Ana səhifə |Az | Ru | En

“TOP QAPI” restoranı

“TopQapı” restoranında, zəngin və çox dadlı azərbaycan milli mətbəxinin dadına baxmaq olar. Siz, əsil təndirdə hazırlanmış xörəkləri ləyaqətinə görə qiymətləndirə bilərsiniz. Bizim aşpazlar, geniş çeşidli çox dadlı xörəkləri xüsusi məhəbbətlə hazırlayaraq, milli zövq və üslubun əsrarəngiz uyğunluğunu nəzərə çarpdırırlar. Bu gözəllik qonaqlarımızın yaddaşından uzun müddət silinmir.

Restoranda 5-20 nəfərlik 18 kabinə fəaliyyət göstərir, siz burada dostlar və yaxınlarınızla birlikdə istirahət etmək üçün hər bir şərait taparsınız. Bizdə, ad günü, nişan və toy keçirmək üçün 180 nəfərlik nəhəng zal var! “TOP QAPI” restoranı Bakının ən gözəl restoranlarından biridir, burada siz istədiyiniz şadlığı keçirərək, onu unudulmaz bir günə çevirə bilərsiniz. 

Əgər siz stressdən çıxmaq və ya sadəçə olaraq istirahət edib dadlı yemək istəyirsinizsə, “TopQapı” restoranı bu məqsəd üçün ideal bir yerdir!