Ana səhifə |Az | Ru | En
Ana səhifə Haqqında

     “Gulf” Şirkətlər qrupu 2006-ci ildə yaranmış və hal-hazırda fəaliyyət sahəsi əsasən 3 hissəyə bölünür: Tikinti, Sənaye və İctimai iaşə xidmətləri.

  Əsasən Qaz və Su sayğaclarının istehsalı üzərində ixtisaslaşdırılan, 2006-cı ildə özəlləşdirilmiş və “Gulf” Servis MMC tərəfindən investisiya yatırımı edilən "Gəncə Sənaye Cihaz" zavodu və Dəmir yolları üçün dəmir-beton şpallarının isteshalı ilə məşqul olan "Ələt Şpal" zavodu “Gulf” Şirkətlər qrupunun sənaye sektorunun əsasını təşkil edir. Bundan əlavə İmişli rayonu Çarıxlı kəndində yerləşən qum-çınqıl karxanası Şpal zavodunu materiallarla təmin edilməsində böyük rol oynayır.

    İctimai iaşə sahələrinə isə əsasən müxtəlif illərdə inşa etdiyimiz “Qala Bazaar” restoran və istirahət mərkəzi, “Cızz–Bızz” restoranı, “Passaj 1901” restoranı, “Top Qapı” restoranı, “Cafe de Paris” kafesi və “Hezz Club and Lounge” istirahət mərkəzini qeyd edə bilərik. Bu restoranlardan hər biri, milli və digər mətbəxlərin müxtəlif koloritlərini özündə ehtiva edən dadlı yeməkləri ilə şəhər sakinlərinin rəğbətini qazanmağa nail olmuşdur.

   “Gulf” Şirkətlər qrupu tikinti fəaliyyəti 2006-cı ildən başlamışdır. Fəliyyət  dövründə şirkətlərimiz bir sıra iri tikinti layihələri həyata keçirilmişdi. Biz artıq Bakı şəhərində iki yüksək mərtəbəli Ofis binasının,  iki Yaşayış Binasının, dörd Restoranın, bir Gecə Klubunun, ona yaxın Bağ evinin, bir yaşayış kompleksinin tikib, istifadəyə verilməsinə nail olmuşuq. Bundan başqa, Göyçay şəhərindədə iki bloklu on mərtəbəli yaşayış binası istifadəyə verilmişdir. Göyçay şəhərində XIX əsrə aid qədim məscidin təmir-bərpa işləri yekunlaşdırılmışdır. Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3.8 hektar sahədə 938 mənzilli, 11 ədəd 7 mərtəbəli binadan ibarət, müasir tələblərə cavab verən “Qarant” yaşayış kompleksi; Məhəmmədi qəsəbəsində 884 mənzilli 8 ədəd 15 və 16 mərtəbəli binalardan ibarət “Göy Qurşağı Məmmədli” Yaşayış kompleksi; Gəncə şəhəri, Yeni Gəncə massivi 2-ci mikrorayon B.Məmmədov küçəsində 696 mənzilli, 14 ədəd 9 mərtəbəli binalardan ibarət “Yeni Gəncə Yaşayış Kompleksi” inşa edilib istifadəyə verilmişdir. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, 2942A məhəllə, Sadıqcan küçəsi ünvanında inşa edilmiş 624 mənzilli, 8 ədəd 13-15 mərtəbəli binalardan ibarət Yaşayış Kompleksi müasir tikinti üslubu və dəniz mənzərəsi ilə fərqlənir. Bütün bu tikinti-inşaat işləri 2011-2015-ci illər ərzində aparılmışdır. Artıq Qazaxstan Respublikasının ən böyük şəhəri olan Almatı şəhərində yüksək mərtəbəli ofis mərkəzinin tikintisi başa çatdırılmış və bina istismara tam hazır vəziyyətdə təhvil verilmişdir. Yaxın günlərdə Ukrayna respublikasında da yüksək mərtəbəli, çoxfunksiyalı yaşayış binaları inşa etməyi və əhalinin istifadəsinə verməyi planlaşdırılır. Tikilən yüksək mərtəbəli yaşayış binalarında müasir inşaat texnikasının ən son nəaliyyətlərindən istifadə edilərək, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi və qorunması əsas şərtlər kimi qəbul edilmişdir.